“Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"
27.10.2023 - 12:11
"Daha çox qol vura bilərdik".
Apasport.az xəbər verir ki, bunu "Bayer"in kapitanı Andrix Robert deyib.
O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la oyunundakı 5:1 hesablı qələbəni şərh edib: "Oyun əyləncəli idi. Sadə və rahat şəkildə oynayanda qol şansları yaranırdı. 5:1 hesabı yaxşı səslənir. Üç xalı ala bildik. Lakin fürsətləri dəyərləndirsəydik, daha bir-iki qol vura bilərdik".
Qeyd edək ki, “Bayer” 9 xalla H qrupunun lideridir. İkinci olan “Qarabağ” üç xal geri qalır.
- “Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
- ABL: Üç dövrədən sonra "A" və "B" qruplarına region klubları başçılıq edir
- Azərbaycanlı hakimlər FİBA-nın inkişaf proqramına qatılıblar
- “Qarabağ”ın rəqibi: “Əziyyət çəkmişik ki, cümə axşamları divanda oturmayaq”
- Elmar Baxşıyev: "Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq"
0
0