Bədavi Hüseynov millidən kənarlaşdırıldı
14.11.2022 - 11:45
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Bədavi Hüseynov yığmadan kənarlaşdırılıb.
Buna səbəb Misli Premyer Liqasının XIV turunda “Sabah”la (0:0) qarşılaşmada “Qarabağ”ın mərkəz müdafiəçisinin zədələnməsidir. Bu üzdən 31 yaşlı futbolçu Moldova və Şimali Makedoniyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərini buraxmalı olacaq.
Qeyd edək ki, millimiz noyabrın 16-da Moldovanın, 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.
- "Beşiktaş"da növbəti ayrılıq
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
- Millinin məğlubiyyətini gecə klubunda “qeyd etdilər”
- Azərbaycan güləşinin tanınmış simaları Füzulidə gənc idmançılarla görüşüblər
- Millimizin baş məşqçisi: "Çalışacağıq nəticəmiz yaxşı olsun"
0
0