
“Qrup mərhələsini birinci yerdə başa vura bilərik. Bu, komandamıza əlavə motivasiya verir”.
Apasport.az xəbər verir ki, bunu Belçika yığmasının qapıçısı Kun Kastesls deyib.
O, AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Avropa çempionu olmaq istəyən komanda bütün rəqiblərini məğlub etməlidir. Bunun üçün əvvəl seçmə mərhələdə də hamını üstələmək lazımdır. Yağış yağdığı üçün meydança yaş ola bilər. Bu hər iki komandaya əlavə çətinlik yaradır. Artıq AVRO-2024-ün rəsmi topları ilə məşqlərə də başlamışıq”.
Qeyd edək ki, Belçika – Azərbaycan matçı noyabrın 19-da Brüsseldə keçiriləcək.
- Kristian Avram: "Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir etdi" - Müsahibə
- Çingiz Abdullayev "Neftçi"dən getdi - Müşahidə Şurasında yeni sədr
- AMADA-nın təşkil etdiyi beynəlxalq müsabiqəyə yekun vurulub
- "Qalatasaray" Kuestanı heyətinə qatıb
- Ronaldoya 20 qoyun təklif edib, “Mançester Yunayted”dən cavab gözləyirlər