“Beşiktaş” – “Neftçi” oyununda avstriyalı hakimlər
04.08.2023 - 16:16
Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş” – “Neftçi” oyununun hakimləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərinin adlarını UEFA-nın mətbuat xidməti açıqlayıb.
Avqustun 17-dəki cavab matçını Avstriyadan olan hakimlər idarə edəcək. Yulian Veynbergerin fit çalacağı qarşılaşmada Andreas Vitşniq və Sara Telek köməkçi hakimlər olacaq. Stefan Ebner isə dördüncü hakim funksiyasını yetimə yetirəcək.
Qeyd edək ki, matç İstanbuldakı “Beşiktaş Park”da təşkil olunacaq.
- Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb
- Millimizin Avropa çempionatı üçün heyəti bəlli oldu
- Filip Ozobiç: "Avropa Liqasında qrupdan çıxmaq istəyirik"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- AVF yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir
0
0