Bir gündə "Qarabağ" "Ayaks" matçına 18500 bilet satılıb
18.10.2024 - 16:31

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.
Apasport.az xəbər verir ki, bir günə 18 500 bilet satılıb.
Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
- Ceyhun Sultanov: “Şəffaflıqdan söhbət gedirsə, bunu etməlidirlər” - MÜSAHİBƏ
- Azər Bağırov: "Qurban Qurbanovdan böyük məşqçi yoxdur"
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- 3 xal qazandı, müdafiəçisini itirdi
0
0