Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionu 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
- Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq”
- Amerika kubokuna son addım
- "Tottenhem" hücumçusu ilə yeni müqavilə bağlayacaq
- Azərbaycanlı qapıçı Albaniya çempionatında - RƏSMİ
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"