Boksçumuz ispaniyalı rəqibini məğlub etdi
08.03.2024 - 16:21
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib.
Apasport.az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.
Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) isə Bakari Hassanla (Keniya) döyüşəcək.
- Messi daha 2 il Avropada çıxış edəcək
- Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ
- Taekvondo üzrə dünya çempionatının Təşkilat Komitəsinin iclası keçirilib
- Taekvondoçularımız Avropa çempionatında mübarizə aparacaq - HEYƏT
- Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı
0
0