![Bombardirlər siyahısında dəyişiklik – Ozobiç rekordun bir addımlığında](https://apasport.az/storage/news/2022/october/28/big/635b770c5b9c9635b770c5b9ca1666938636635b770c5b9c5635b770c5b9c7.jpg)
Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Filip Ozobiç təmsilçilərimiz üçün vurduğu qol sayını 10-a çatdırıb.
Milliləşən xorvatiyalı legioner Fransada “Nant”ın qapısına yol tapıb. O, Avropa Liqasının V turunun hazırda davam edən görüşündə hesabı bərabərləşdirib – 1:1.
Filip bununla da Azərbaycan klublarının 2-ci bombardiri adına şərik çıxıb. O, komanda yoldaşı Abduillah Zubirə çatıb. Fransalı 10-cu qolu “Nant”la Bakıdakı görüşdə vurmuşdu.
Bu cütlüyü mütləq rekordçu Reynaldodan bit qol ayırır. Braziliyalının aktivində 11 top var.
Azərbaycan klublarında avrokuboklarda ən azı 8 qol vuranlar
1. Reynaldo Silva - 11
2-3. Abdullah Zubir - 10
Filip Ozobiç - 10
4. Kadi Borqes - 9
5-8. Dani Kintana - 8
Emin Mahmudov - 8
Rəşad Sadiqov - 8
Riçard Almeyda – 8