"Çelsi"də ciddi itki
02.12.2024 - 12:31
!["Çelsi"də ciddi itki](https://apasport.az/storage/news/2024/december/02/big/674d6f5ea8c31674d6f5ea8c321733128030674d6f5ea8c28674d6f5ea8c30.jpeg)
London təmsilçilərindən "Çelsi" aparıcı futbolçularından birini itirib.
Apasport.az xəbər verir ki, Uesli Fofana zədə səbəbindən ilin sonuna qədər sıradan çıxıb.
Belə ki, İngiltərə Premyer Liqasının 13-cü turunda "Aston Villa" ilə evdə keçirilən görüşdə “zadəganlar”ın oyunçusu sağ ayaq budundan zədələnib.
23 yaşlı Fofana 60-cı dəqiqədə əvəzlənib.
Klubun baş məşqçisi Enzo Mareska məsələ haqda bu cür danışıb: “Fofana ən azı üç, hətta beş həftəni buraxacaq. Ciddi itkidir”.
0
0