"Çelsi"də Mudrikə inanırlar
10.03.2023 - 20:43
!["Çelsi"də Mudrikə inanırlar](https://apasport.az/storage/news/2023/march/10/big/640b607157a27640b607157a281678467185640b607157a25640b607157a26.jpeg)
“Əlbəttə, Mudrikə oyun vaxtı verməyi planlaşdırırıq. Ona böyük inamımız var".
Apasport.az xəbər verir ki, bunu "Çelsi"nin baş məşqçisi Qrem Poter deyib.
O, "Çelsi"nin ukraynalı vingeri Mixail Mudrikə inandığını bildirib: "O yeni vəziyyətə uyğunlaşır. Onun gəlişi zamanı o, əslində mövsümə hazırlıq mərhələsinə başlamışdı. Premyer Liqaya düşmək asan deyil”.
Qeyd edək ki, 70+30 milyon avroya alınan 22 yaşlı futbolçu ardıcıl 2-ci oyundur ki, London klubunun ehtiyatında qalır. “Mavilər” hər iki görüşdə qalib gəlib.
0
0