"Çelsi"nin hücumçusu yenidən ZƏDƏLƏNDİ
07.01.2024 - 18:43
!["Çelsi"nin hücumçusu yenidən ZƏDƏLƏNDİ](https://apasport.az/storage/news/2024/january/07/big/659a9aed828e6659a9aed828e71704631021659a9aed828e4659a9aed828e5.jpg)
"Çelsi"nin hücumçusu Kristofer Nkunku yenidən zədələnib.
Apasport.az xəbər verir ki, 1 gün öncə 26 yaşlı forvard məşqdə bud nahiyəsindən zədə aldığı üçün İngiltərə Kuboku matçını buraxıb.
Məlumata görə, Nkunku təxminən 3 həftə oyunları buraxacaq.
Yayda 60 milyon avroya "Çelsi"yə transfer olunduqdan sonra Nkunku London klubunda cəmi 4 oyun keçirib.
0
0