Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.
Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Ferensvaroş” səddini adlasa, “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə görüşəcək. Azərbaycan və Macarıstan çempionlarının duelində qalib gələn komanda ilk oyunu evdə keçirəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Bolqarıstan “Lüdoqorets”ini keçsə, “Bodo Qlimt” – “Jalgiris” cütünün qalibi ilə görüşəcək. Mahirin komandası bu mərhələyə yüksəlsə pley-offa səfərdə başlayacaq. Türkiyə çempionu “Trabzonspor” Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq. İlk oyun şimallıların meydanında baş tutacaq.
Qeyd edək ki, pley-offun oyunları avqustun 16-17-də və 23-24-də baş tutacaq.
- "Roma"nın futbolçusu iki ay meydanlardan kənarda qalacaq
- "Ayntraxt"dan inamlı səfər qələbəsi
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
- Antirekord təkrarlandı: Ən acınacaqlı start