Coşqun oynadı, komandası zirvəyə yüksəldi
10.11.2024 - 20:29
![Coşqun oynadı, komandası zirvəyə yüksəldi](https://apasport.az/storage/news/2024/november/10/big/6730e14c12e596730e14c12e5a17312566526730e14c12e576730e14c12e58.jpeg)
Türkiyə 1-ci Liqasında XII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" da növbəti matçına çıxıb.
Komanda "Bolsupor"u qəbul edib. 2:0 hesablı qələbə qazanan "Bandırmaspor" liderliyə yüksəlib.
Start heyətində yer alan Diniyev 68-ci dəqiqədə əvəzlənib.
0
0