Cüdoçumuzdan qızıl medal
11.11.2023 - 15:42
Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.
- “Qarabağ”ın mümkün rəqibi dəqiqləşdi
- “Sabah” seriyaya qələbə ilə başladı
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- İspaniya Kuboku: "Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi
- AVRO-2024: Yarımfinal və finalın topu təqdim olundu
0
0