Dadaşovun komandasından xal itkisi
05.10.2024 - 23:21
![Dadaşovun komandasından xal itkisi](https://apasport.az/storage/news/2024/october/05/big/6701829d885c46701829d885c517281522216701829d885c26701829d885c3.jpg)
Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" də növbəti matçını keçirib.
Komanda "Adanaspor"la qarşılaşıb. Matçda hesab açılmayıb - 0:0.
Dadaşov 69-cu dəqiqədə meydana daxil olub. O, heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, "Ankaragücü" 10 xalla 13-cü pillədə yer alıb.
0
0