Daha bir güləşçimiz Avropa çempionu oldu
18.03.2023 - 22:58
![Daha bir güləşçimiz Avropa çempionu oldu](https://apasport.az/storage/news/2023/march/18/big/64160c718b0b864160c718b0b9167916657764160c718b0b664160c718b0b7.jpg)
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir Azərbaycan idmançısı qitənin ən güclüsü olub.
Apasport.az xəbər verir ki, İslam İlyasov (97 kq) finalda türkiyəli türkiyəli Oktay Çiftçiyə 6:1 qalib gələrək Avropa çempionu adına yiyələnib.
Qeyd edək ki, bu gün daha əvvəl Məhəmməd-Bəşir Xanıyev (70 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıb.
0
0