Diniyev oynadı, komandası qalib gəldi
09.03.2025 - 20:53
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, yeni baş məşqçi Tuncay Şanlının rəhbərliyi ilə ilk matçına çıxan komanda Türkiyə I liqasının XXIX turu çərçivəsində səfərdə liderlər qrupunda yer alan "Gənclərbirliği"nə qalib gəlib - 2:1.
Oyunu əvəz olunmadan keçirən Diniyev 38-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, xalını 42-yə yüksəldən "Çorum" hazırda 8-ci pillədə qərarlaşıb.
- "Fənərbaxça" sabiq "Real"lı ilə maraqlanır
- Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
- Samir Abasov: "Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik"
- Ellardays: “Qvardiola məndən güclü deyil”
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
0
0