Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir
21.12.2023 - 13:56
![Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir](https://apasport.az/storage/news/2023/december/21/big/65840bf55aafd65840bf55aafe170315262965840bf55aafb65840bf55aafc.jpg)
Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - MOİK oyunundan əvvəl çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir: Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
0
0