Eddi İsrafilov millidən ayrıldı
25.03.2023 - 16:31
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya - Azərbaycan qarşılaşmasının gedişində zədələnən Eddi İsrafilov heyətdən çıxarılıb. O, millimizin martın 27-də İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Eddi bu gün millinin düşərgəsindən ayrılacaq.
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
- Arda Gülər: "Milli komandada oynamaq üçün çox darıxıram"
- 40 nəfər "Qalatasaray" üzvünə hücum etdi
- Prezident Avropa çempionatının yayımı üçün 940 500 avro ayırdı
- Gimnastlarımız final mərhələsinə vəsiqə qazandı! - YENİLƏNİB
0
0