Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FKSB matçından (2:3) sonra qonaqların baş məşqçisi Elias Xaralambusun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:
"Çox sevinirəm, oyunçularla fəxr edirəm ki, vacib üç xalı qazandıq, gözəl oynadıq. Çox çətin olacağını bilirdik. Həqiqətən belə oldu. Əziyyət çəkdik. Əziyyətimizin bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də əhəmiyyətlidir. Bu gün bir az bəxtimiz də gətirdi. İlk dəqiqədə qol buraxmaq çətin idi. "Qarabağ" çox pressinq edirdi, üçüncü qol gəldikdən sonra qələbəni qazandıq".
- Darius Olarusuz çətin oldu?
- Olaru böyük, yaxşı oyunçudur. Bu gün yox idi. Alternativlər üzərində fikirləşməliyik. Komandamız yüksək keyfiyyətli oyunçularımız var. Həll yolları tapmalıyıq.
- “Qarabağ” tərəfdən hansısa sürprizlə qarşılaşdınız?
- Nəyi ümid edirdiksə, onu gördük. “Qarabağ”ı araşdırmışdıq. Çətin oyun oldu. Əziyyət çəkdik. Avropadakı oyun stili budur, əziyyət çəkilir. “Qarabağ” güclü komandadır. “Ayaks”la”, “Lion” ilə oyunda da hücumameyilli, güclü və sərt oyun göstərir. Qurban Qurbanova və komandaya böyük hörmətim var. “Qarabağ” çox gözəl komandadır.
- 3x3 qadın millimiz Dünya Seriyasında ikinci olub
- AL: “Qalatasaray”dan qələbə, “Fənərbaxça” məğlub oldu - YENİLƏNİB
- Federasiya prezidenti milli komanda ilə görüşdü
- Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib
- Amit Quluzadə: “Heç kim Arazdan daha güclü 3 futbolçu saya bilməz” - MÜSAHİBƏ