Əliyar Ağayev final matçına təyinat aldı
09.06.2022 - 11:22
FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
Apasport.az saytının məlumatına görə, azərbaycanlı hakim Yunanıstan Super Liqasının pley-off oyununda ədaləti qoruyacaq.
Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev elitada qalmaq uğrunda “Veriya” ilə “Lamiya” arasında keçiriləcək ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qarşılaşma iyunun 11-də baş tutacaq.
- AFFA U-13 Liqasında çıxış edən komandanı yarışdan uzaqlaşdırıb
- Avropa Oyunlarına son hazırlıqlar üçün İtaliya və Türkiyədə
- Azərbaycan cüdo yığması Linzdəki Qran-Pri turnirində 7 idmançı ilə təmsil olunacaq
- Almanlara son dəqiqə şoku - YENİLƏNİB
- Polşa millisinin sabiq futbolçusu karyerasını başa vurub
0
0