"Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin".
Apasport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis "Trabzonspor"la keçirilən görüşdə komandasının qazandığı 3:2 hesablı qələbəni şərh edib: “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək. Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super Liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.
Qeyd edək ki, "Araz-Naxçıvan" Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq.
- Erik Ramos: “Bu, “Neftçi” üçün mövsümdə yaxşı tituldur” - MÜSAHİBƏ
- “Qarabağ” üçün mükafatlandırma mərasimi
- İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
- Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq