Elmar Baxşıyev: "Optimal formaya yaxınlaşacağıq"
11.01.2025 - 17:32

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis "Səbail"lə keçirilən yoxlama görüşünü dəyərləndirib.
O, komandanın durumundan razı olduğunu bildirib:
"Hər iki oyundan razı qaldıq. Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı. Yenə hər hissədə fərqli heyətlə oynadıq və hər kəsə eyni yükləməni verdik. Hansı çatışmazlıqlar var hər iki matçda gördük. Qarşıdakı məşq proseslərinda optimal formaya yaxınlaşacağıq".
Qeyd edək ki, matç muxtar respublika təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:1.
- Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı
- Millinin baş məşqçisi: “Onlarla hər bir yarışda uğur qazana bilərik”
- Tarik Elyunissi: “Qarabağ” rəqibi üzərində üstünlüyə sahibdir”
- “Zirə” “Havr”ın futbolçusunu transfer etdi
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"
0
0