Elmar Baxşıyev: “Son oyunlarda komandamı tanıya bilmirəm”
04.12.2025 - 22:53
Elmar Baxşıyev: “Son oyunlarda komandamı tanıya bilmirəm”

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan" "Kəpəz"ə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb:

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik. Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".