
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında komandamızın kapitanı Emin Mahmudov iştirak edib.
Apasport.az AFFA-ya istinadən xəbər verir ki, millinin aparıcı üzvü görüşlə bağlı bunları deyib:
"Çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Bu görüşdə uğurlu nəticə qazanmaq istəyirik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".
Qeyd edək ki, Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.
- Bədii gimnastımız Qazaxıstanda bürünc medal qazanıb
- “Türkiyə millisi ilə keçiriləcək ilk matç bizim üçün çox çətin olacaq”
- Avropa Oyunlarında daha 2 taekvondoçumuzun rəqibi bilindi
- Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
- Azərbaycanlı məşqçi Hindistanda keçirilən düşərgədə iştirak edib