![Emin Mahmudov: "Milliyə gələndə, ancaq buranı fikirləşirəm"](https://apasport.az/storage/news/2023/october/12/big/65280ec0506fe65280ec0506ff169712403265280ec0506fc65280ec0506fd.jpg)
Millimizin kapitanı Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Estoniya yığmasıyla səfər matçı öncəsi keçirilən mətbuat konfransında iştirak edib. Apasport.az Sport24.az-ın Tallinə ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi öncə sabahkı qarşılaşma haqda danışıb.
- Sabahkı matçda qalib gəlmək istəyirik. İlk görüşdə birinci hissə yaxşı alınmamışdı. Fasilədən sonra daha baxımlı oynadıq. Sabah Vətənə qələbə ilə qayıtmaq istəyirəm.
- "Neftçi"dəki uğursuzluqlar sabahkı görüşdə sənə təsir etməyəcək?
- Milliyə gələndə ancaq buranı fikirləşirəm. Bakıya qayıtdıqdan sonra "Neftçi"yə köklənəcəm.
- Futbolçular dərk edirmi ki, bu qalib gəlmək üçün ən real oyundur?
- Komanda bunu başa düşür ki, qələbə çox vacibdir. O biri oyunlarda qələbə qazanacağımıza dair fikir bildirmək çətindir.