![Emin Mahmudovun yubiley qolu](https://apasport.az/storage/news/2022/october/17/big/634d00c92611e634d00c92611f1665990857634d00c92611c634d00c92611d.jpg)
Misli Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.
Bu top Eminin “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.