Zaqreb "Dinamo"su qış mövsümlərarası fasilədə ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya klubu Sloveniyanın "Selye" komandası ilə qarşılaşıb.
1:1 hesabı ilə başa çatan oyunda Emreli start heyətdə yer alıb.
Qeyd edək ki, baş məşqçi Ante Şaşiçin Mahir Emrelini qış fasiləsindən sonra start heyətdə oynadacağı gözlənilir. Buna səbəb Xorvatiya millisinin cinah hücumçusu Mislav Orşiçin "Sauthempton"a transfer olunmasıdır. Orşiç dünən "Sauthempton"un Liqa Kubokunda "Mançester Siti"ni 2:0 məğlub etdiyi görüşün 82-ci dəqiqəsində debüt edib.
- Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazanıb - FOTO
- "Barselona" qara forma geyinəcək - FOTO
- Peres əvvəl tənqid etdi, sonra üzr istədi
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- "Şamaxı" rəsmən açıqladı - "ZİRƏ"NİN İSTƏDİYİ LEGİONER KOMANDANI TƏRK ETDİ