Emrelisiz start, evdə xal itkisi
07.04.2023 - 23:34
![Emrelisiz start, evdə xal itkisi](https://apasport.az/storage/news/2023/april/07/big/64307257dcc0b64307257dcc0c168089659964307257dcc0964307257dcc0a.jpg)
Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasının XXVIII turunun açılış matçında xal itirib.
Apasport.az xəbər verir ki, "Konyaspor" "Antalyaspor"la heç-heçə edib – 1:1.
Bu görüşə Mahir Emreli start heyətdə başlamayıb. O, meydana 66-cı dəqiqədə hücumçu Muhammet Dəmiri əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, "Konyaspor" 36 xalla 8-ci pillədədir.
0
0