![Estoniya öz meydanında böyükhesabla məğlub oldu](https://apasport.az/storage/news/2023/september/09/big/64fcb0fddabf264fcb0fddabf3169428198164fcb0fddabf064fcb0fddabf1.jpg)
Avropa seçmə mərhələsində yığmamızın yer aldığı qrupda daha bir oyun keçirilib.
Apasport.az saytı xəbər verir, Estoniya komandası öz meydanında iri hesabla uduzub.
İsveç yığması səfərdə 5:0 hesabı ilə qələbə qazanıb. Qələbə skandinaviyalılara xallarının sayını 6-ya yüksəltmək şansı verib. Bu, onlara liderlərdən geri qalmamaq imkanı yaradıb.
Qeyd edək ki, sentyabrın 12-də İsveç öz meydanında lider Avstriya ilə, Estoniya isə səfərdə Belçika ilə qarşılaşacaq.
AVRO-2024, seçmə mərhələ
F qrupu
Estoniya – İsveç – 0:5
Qollar: Qyokeres, 18. Kulusevski, 23. Aysek, 39. Quaison, 75. Klaesson, 90+2