"Fənərbaxça" Tovuza gəlir!
27.06.2026 - 20:07
"Fənərbaxça" Tovuza gəlir!

Növbəti mövsümə daha iddialı olmağı hədəfləyən "Turan Tovuz" rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.

Bu barədə klubdan apasport.az-a məlumat verilib. 

Belə ki, klub rəhbərliyinin Türkiyə təmsilçisinə yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb. 

Son mövsümü üçüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da, son anda 7 il əvvəlki məsələyə görə avrokuboklardan kənarda qalan Tovuz təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi ilə qarşılaşacaq.

Qeyd edək ki, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən "Turan" 1994-cü ildə məhz "Fənərbaxça" ilə qarşılaşmışdı və futbol tariximizə ilk avrokubok təmsilçimiz kimi düşmüşdü.

Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarix klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir.