Batut gimnastikası üzrə Azərbaycan çempionatı start götürür
07.12.2024 - 12:22
![Batut gimnastikası üzrə Azərbaycan çempionatı start götürür](https://apasport.az/storage/news/2024/december/07/big/67540b012d35467540b012d355173356108967540b012d34967540b012d353.jpeg)
Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə start veriləcək.
Apasport.az xəbər verir ki, 2017 və 2014-2016-cı il təvəllüdlü uşaqlar, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr, 2008-2011-ci il təvəllüdlü gənclər və böyüklər mübarizə aparacaq.
Yarışlar həm fərdi, həm də sinxron tullanma üzrə keçiriləcək.
Reqlamentə uyğun olaraq, iştirakçıların nəticələri təsnifatda iki cəhdin nəticələrinə əsasən müəyyən ediləcək.
0
0