Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisinin startı ərəfəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edib.
Bu barədə apasport.az-a BŞH-dən məlumat verilib.
Media tur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.
Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalistlərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.
Media tur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.
Bakıdakı yarışı 300-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandıracaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.
- Qurban Qurbanov: “Maksimum çalışmalıyıq ki, “Molde”ni səhvə məcbur edək” - MÜSAHİBƏ
- "Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"
- Keremin menecerini saxtakarlıqda ittiham etdilər