“Formula-2”: Azərbaycan Qran-prisində son yarışı başladı
12.06.2022 - 11:05
Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yarışın startı verilib.
Apasport.az saytının məlumatına görə, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.
“Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.
Qeyd edək ki, Bakıda “Formula-2” üzrə dünən təşkil olunan sprint yarışında Frederik Vesti (“Art Grand Prix”) qalib adını qazanıb.
- “Qəbələ” “Orenburq”la heç-heçə oynadı
- DİN: “Qarabağ”ın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edildi
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- Kamran Quliyev: “Ənənəni davam etdiririk”
- İspaniya – Portuqaliya oyunu haqda: “Futbolçuların hamısı tükənib”
0
0