Fransa klubu "Zaqatala"nın futbolçusunu istəyir
29.12.2024 - 10:53
![Fransa klubu "Zaqatala"nın futbolçusunu istəyir](https://apasport.az/storage/news/2024/december/29/big/6770e79888f926770e79888f9317354525686770e79888f886770e79888f91.png)
Azərbaycan Birinci Liqa təmsilçilərindən “Zaqatala”nın futbolçusu Varren Ondo karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə oyunçu Qabon mətbuatına müsahibəsində deyib:
“Azərbaycanda keçirdiyim uğurlu mövsümdən sonra Fransadan təkliflər var. Azərbaycan mənim üçün gözəl vitrin idi. Keçirdiyim mövsümü çox bəyəndim, yaxşı statistikam oldu. Fransa çempionatında oynamaq əla olacaq. İstər 3, istər 4-cü divizion fərqi yoxdur, hər biri yeni başlanğıc olacaq”.
Ondo “Zaqatala” ilə 24 oyunda 7 qol vurub.
0
0