Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə beynəlxalq turnir keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir mayın 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri də iştirak edəcək.
Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.
- “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlandı
- “Barsa”nın futbolçusu əməliyyat olundu
- “Sabah” onu da yola saldı
- “Ordu”nun baş məşqçisi: “Artıq beşinci dəfədir ki…”
- Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib