![Ramil Şeydayev üçün səmərəsiz 53 dəqiqə](https://apasport.az/storage/news/2023/december/17/big/657f30a8227d0657f30a8227d11702834344657f30a8227cd657f30a8227cf.jpg)
Tailand çempionatında 14-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” səfərdə "Tay Port"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ramil 53-cü dəqiqədə - hesab 2:1 olanda əvəzlənib. Şeydayev bu oyunda da qol vura bilməyib. Ümumiyyətlə, yayda "Qarabağ"dan ayrılaraq "Buriram Yunayted"ə keçən hücumçu bu mövsüm Tailanda çempionatında 10 oyuna 1 qol vurub, 3 qol ötürməsi edib.
Qeyd edək ki, bu nəticədən sonra “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.