Bu gün AFFA-nın inzibati binasında Azərbaycanda futzal üzrə ölkə kubokunun 2024/2025 mövsümünün püşkü atılıb.
Apasort.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1/8 final mərhələsində Yüklsək Liqanın 6, I Liqanın 12 komandası mübarizə aparacaq.
Qalib komanda bir oyunda müəyyənləşəcək. Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə görüşü davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.
Bu mərhələnin oyunları yanvarın 11 və 12-də keçiriləcək.
1/8 final
Yasamal Bakı – Baku Fire
PFL – Baku Fire-2
Metropoliten – U-19
Neftçi İK – Yeni Suraxanı
STAR kargo – Çarşı Bakı
Dəstə Ordubad – Şuşa
Timsport – Xan-Lənkəran
Araz-Naxçıvan – Djevo Dəyirman
1/4 final
Yasamal Bakı – Baku Fire // Araz-Naxçıvan – Djevo Dəyirman
PFL – Baku Fire-2 // Timsport – Xan-Lənkəran
Metropoliten – U-19 // Dəstə Ordubad – Şuşa
Neftçi İK – Yeni Suraxanı // STAR kargo – Çarşı Bakı
1/2 final
Yasamal Bakı – Baku Fire // Araz-Naxçıvan – Djevo Dəyirman // Neftçi İK – Yeni Suraxanı // STAR kargo – Çarşı Bakı
PFL – Baku Fire-2 // Timsport – Xan-Lənkəran // Metropoliten – U-19 // Dəstə Ordubad – Şuşa
- AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
- Baş məşqçi Ozobiçin durumundan danışdı: “Dizində əsnəmə oldu”
- Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
- “Baku Sportinq”dən növbəti QƏLƏBƏ
- İbrahimoviç "Milan"ın ÇL-ə vida etməsi ilə bağlı: "Hakim qəddar idi"