Futzal üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq
25.04.2024 - 11:24
![Futzal üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq](https://apasport.az/storage/news/2024/april/25/big/662a0082c73df662a0082c73e01714028674662a0082c73dd662a0082c73de.jpg)
Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, yarımfinalın ilk matçında "Neftçi" İK və "Baku Fire" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da başlayacaq.
Digər yarımfinal görüşündə ölkə çempionu "Araz-Naxçıvan" PFL-i sınağa çəkəcək. Bu matç saat 18:00-da start götürəcək.
0
0