Gimnastlarımızdan qızıl medallar
22.10.2023 - 13:56
Akrobatika gimnastlarımız daha bir uğura imza atıblar.
Apasport.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qüvvələrini sınayıblar.
Yarışların çöxnövçülük proqramında iştirak edən gimnastlarımız ən yüksək xalı toplayaraq yarışı qızıl medalla başa vurublar.
Avropa çempionatında daha bir qızıl medal isə kişi cütlüyümüzdən gəlib.
Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz də yüksək səviyyəli çıxışı sayəsində yarışı ilk pillədə başa vurublar.
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Maykl Cordan Kimdir? Basketbolun Əfsanəvi Siması
0
0