Güllə atıcılarımız beynəlxalq turnirdə
08.01.2024 - 14:44
![Güllə atıcılarımız beynəlxalq turnirdə](https://apasport.az/storage/news/2024/january/08/big/659bcb85265db659bcb85265dc1704708997659bcb85265d9659bcb85265da.jpg)
Sabah Sloveniyada güllə atıcılığı üzrə Qran-pri turniri start götürəcək.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizin də təmsil olunması plalaşdırılıb.
Ruşe şəhərində keçiriləcək Qran-pridə yığmamızın liderləri Nigar Nəsirova və Ruslan Lunyov hədəf önünə keçəcək. Mütəxəssislər hər iki təmsilçimizin turniri medalçılar sırasında bitirmək şansının olduğunu düşünürlər.
Qeyd edək ki, Qran-pri 6 gün davam edəcək.
0
0