Gümüş Avropa Liqası: Millimiz İsveç yığması ilə üz-üzə
06.06.2025 - 09:18
Gümüş Avropa Liqası: Millimiz İsveç yığması ilə üz-üzə

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Azərbaycan millisi növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.