Hakimlərimiz Antalyada oyun idarə ediblər
08.01.2025 - 21:15
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz ilk yoxlama oyunlarını idarə ediblər.
Apasport.az xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.
Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.
- İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da
- İtaliya nəhəngləri "Fənərbaxça"nın forvardı ilə maraqlanır
- “Neftçi” - “Kəpəz” matçının biletləri satışda
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
- Millilərdə 100 qələbəyə çatanlar - SİYAHI
0
0