
Fransanın Montargis şəhərində parataekvondo üzrə keçirilən Həmrəylik turniri başa çatıb.
Apasport.az Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, parataekvondoçularımız Fransada 3 medal qazanıblar.
Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən yarışa 6 idmançı ilə qatılıb. İdmançılarımız turnirdə 3 medal qazanıblar. Sabir Zeynalov (58 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Hər 3 parataekvondoçu K-44 kateqoriyasında bürünc medala yiyələnib.
Qeyd edək ki, komanda iyulun 3-də Bakıya qayıdacaq.
- Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək
- Silva "Çelsi" ilə vidalaşdı
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- “Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində
- Birinci Liqa klubuna hakimliklə bağlı seminar keçirilib