Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.
Apasport.az xəbər verir ki, yarışda 17 komanda 4 qrupda mübarizə aparır.
Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.
- "Yuventus" ölkə çempionatını qələbə ilə başa vurdu
- “Abşeron”un baş məşqçisi: “Onlarda da belə hallar qaçınılmazdır”
- "Liverpul" "Sportinq"in çalışdırıcısı Amorim üçün yarışa liderlik edir
- "Mançester Siti"nin müdafiəçisi "Borussiya Dortmund"a keçəcək
- Milli Paralimpiya Komitəsi: "Daim şəffaflığın tərəfdarı olmuşuq"