I və II Liqada oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb
29.11.2024 - 14:21
![I və II Liqada oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb](https://apasport.az/storage/news/2024/november/29/big/6749944fb53f66749944fb53f717328753436749944fb53e96749944fb53f5.jpg)
Azərbaycanın I və II Liqalarında oktyabr ayının ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Emil Quluzadə I Liqada “Difai”nin formasını geyinir. Tural Qurbatov isə II Liqa təmsilçisi “Şahdağ Qusar”ın futbolçusudur.
AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə mükafatları futbolçulara PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
0
0