İbrahim Cibrila “Zirə”də - 2,5 illik müqavilə
12.10.2022 - 10:23

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Bildirilib ki, bakılılar İssa İbrahim Cibrila ilə anlaşıb. Vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa əsasən, müqavilə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Yəni Cibrila ikinci yarıdan etibarən “Zirə”nin formasını geyinə bilər.
Qeyd edək ki, Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.
- "Neftçi"də Qriqorçuk dövrü başa çatdı - Yerinə o gəlir
- "Bavariya"da "Real"la matçöncəsi itki var
- "Hatayspor"un futbolçusu məhkəmənin qərarından sonra qaçıb? - SƏBƏB
- “Viktoriya”nın hücumçusu: “Qarabağ”la matçda bu imkan böyük motivasiyadır”
- Azərbaycanlı cütlük “Prezident Kuboku 2024”-də bürünc medal qazandı
0
0