İbrahima Vadji ilə Sadio Mane eyni siyahıda
23.08.2022 - 09:35
2022/23 mövsümündə ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu İbrahima Vadji də ilk “10-luq”da yer alıb.
27 yaşlı forvard cari mövsüm indiyədək keçirdiyi 7 görüşdə 4 qol vurub. O, “Bavariya”nın forvardı Sadio Mane və Çinin “Şanxay Port” komandasının üzvü Şerif Ndiaye ilə 2-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, İbrahima Vadji ötən mövsümün əvvəlindən “Qarabağ”da çıxış edir.
- Cüdoçularımız Valensiyada təlim-məşq toplanışında iştirak edib
- Niderland çempionatında qalmaqal: Oyunu 12 nəfərlə davam etdirdilər
- Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub
- "Aston Villa"dan "Barselona"ya 50 milyonluq təklif
- Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
0
0