![İcraiyyə Komitəsinin qərarları açıqlandı](https://apasport.az/storage/news/2023/august/16/big/64dc9439371b364dc9439371b4169217746564dc9439371b164dc9439371b2.jpg)
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, qurumun mətbuat xidməti tədbirdəki qərarları açıqlayıb.
AFFA-nın inzibati binasındakı iclasda aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II liqada çıxış etsin.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.
2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.