Xankəndi şəhər stadionunda III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
İdmançılarımız Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bundan başqa, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar.
Qeyd edək ki, sabah, yarışların ikinci günündə 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.
- Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurublar
- Avropa Kuboku: "Azərreyl" Fransa klubunu məğlub etdi
- Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
- Elmar Baxşıyev: "Rəhbərlik futbol oynamır, nəticə və komandaya cavabdeh şəxs mənəm"
- Millətlər Liqasının kuboku təqdim olunub - FOTO